Almaniya DİN ölkədə yüksək terror təhlükəsi barədə xəbərdarlıq etdi

01:00 - 03 Noyabr 2025

Almaniya DİN ölkədə yüksək terror təhlükəsi barədə xəbərdarlıq etdi

Berlin şəhərində terror aktı planlaşdırmaqda şübhəli bilinən suriyalı şəxsin həbsindən sonra Almaniya daxili işlər naziri Aleksandr Dobrindt ölkədə yüksək terror təhlükəsi barədə xəbərdarlıq edib.


Manset.az xəbər verir ki, bu barədə DPA məlumat yayıb.

"Berlin şəhərindəki həbs bir daha göstərir ki, Almaniyada terror təhlükəsi səviyyəsi mücərrəd olsa da, yenə də yüksəkdir. 2023-cü ildən bəri Almaniyada olan və terror hücumuna hazırlıq gördüyünü göstərən suriyalının hərəkətləri dərhal aşkar edildi", - Dobrindt bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az