Türkiyəli məşhur müğənninin ölümü ilə bağlı ŞOK İDDİA - Qızıyla arasında...

16:03 - 05 Noyabr 2025

Türkiyəli məşhur müğənninin ölümü ilə bağlı ŞOK İDDİA - Qızıyla arasında...

Türkiyəli məşhur müğənni Güllünün Yalovadakı evinin balkonundan düşərək həyatını itirməsi böyük üzüntü yaratdı. Ölümündən sonra müxtəlif iddialar gündəmə gəldi. Son olaraq, Güllünün asistanı ilə bağlı yeni bir iddia ortaya çıxıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Güllünün qızı, asistanının anasının evinə gizlice girməsi barədə ifadə verib. Jurnalist Emrullah Erdinç, Güllünün qızının verdiyi ifadəyə əsaslanaraq bu iddiaları açıqlayıb.

Qızının dediklərinə görə, "Anamın heç kimin düşmanı olduğu və ya kiməsə nifrət etdiyi yox idi. Yalnız asistanı Çiğdemlə arasında kiçik bir küsüşmə olmuşdu, amma buna baxmayaraq hələ də görüşürdülər. Hətta mənim telefonumdan bir neçə dəfə bir-birilərini axtarmışdılar. Bir müddət əvvəl anam onu səhər yeməyinə dəvət etmişdi, amma Çiğdem abla gəlməmişdi. Bir-birilərinə çətin zamanlarında çox dəstək olmuşdular."

Qızının ifadəsinə görə, Çiğdem abla və anası eyni mərtəbədə yaşayırdılar və onların otaqları arasındakı keçid tikanlı hasarla bağlı mümkün olmurdu.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az