Avropada quş qripi xəstəliyinin yayılmasının artması ilə bağlı narahatlıq böyüyür. İspaniya, İrlandiya, Almaniya, İngiltərə, Niderland, Belçika, Polşa və Fransa kimi ölkələrdə yeni yoluxma halları qeydə alındıqdan sonra, dövlətlər bu xəstəliklə mübarizə məqsədilə təxirəsalınmaz tədbirlər görməyə başlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İspaniya Kənd Təsərrüfatı Nazirliyi bu gün etdiyi açıqlamada, ölkədə yeni yoluxma hallarının ortaya çıxmasından sonra, 10 noyabrdan etibarən yüksək riskli bölgələrdə bütün toyuq və digər quşların bağlanmasının məcburi olacağı barədə məlumat verib.
Bu il, Avropa İttifaqına (Aİ) üzv 27 ölkədən 15-də quş qripi epidemiyası baş verir, ümumilikdə 688 yoluxma hadisəsi bildirilmişdir. Keçən ilin eyni dövründə isə bu rəqəm yalnız 189 olub.
Avropada ən çox zərər çəkən ölkə isə Almaniya olub. Almaniyada avqust ayından bəri 58 yoluxma hadisəsi aşkar edilib.
Almaniya və digər Avropa ölkələri, virusun yayılmasının qarşısını almaq məqsədilə sərt tədbirlər alarkən, mütəxəssislər də təhlükənin ciddiliyinə diqqət çəkirlər.