Miss Germany 2025 unvanını daşıyan Diana Fast, Taylandda keçiriləcək Miss Universe yarışmasından ana olmaq məsuliyyətini əsas gətirərək çəkildiyini açıqlayıb. Oğlunun yanında olmağı üstün tutan Fast, Tayland xalqına 30 min avro dəyərində ianə ilə vidalaşıb.
Manset.az xəbər verir ki, Almaniyanı Taylandda keçiriləcək Miss Universe 2025 yarışmasında təmsil etməsi gözlənilən Diana Fast, yarışmadan çəkildiyini açıqlayıb.
Gözəllik kraliçası, bu qərarının arxasında ana olmaq məsuliyyətinin durduğunu bildirib.