Rusiya 24 saat internetsiz qalacaq - SƏBƏB

23:15 - 07 Noyabr 2025

Rusiya 24 saat internetsiz qalacaq - SƏBƏB

Rusiya, insansız hava vasitələrinin (dron) hücumlarını önləmək üçün yeni rabitə məhdudiyyətləri tətbiq etməyə hazırlaşır.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya, insansız hava aracı (dron) hücumlarını qarşısını almaq məqsədilə ölkə ümumunda yeni bir rabitə məhdudiyyəti tətbiq etməyə hazırlaşır.

Yeni tənzimləməyə görə, beynəlxalq dolaşım (roaming) xidmətini istifadə edən və ya SIM kartları 72 saatdan çox müddət ərzində aktiv olmayan mobil abunəçilərin internet və SMS xidmətləri 24 saatlığa dayandırılacaq.

Rusiya mətbuatına görə, vəzifəli şəxslər, bu növ telefon xəttlərinin son dövrlərdə drone hücumlarında rabitə vasitəsi olaraq istifadə edildiyini iddia edərək, qərarın "sahipsiz SIM kartların" pis niyyətlə istifadəsinin qarşısını almağı hədəflədiyini qeyd edirlər.

Məhdudiyyətdən təsirlənən istifadəçilər, operator tərəfindən göndərilən SMS bağlantısını izləyib "captcha" doğrulaması edərək xidmətlərinə yenidən daxil ola biləcəklər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az