"Qarabağdakı böyük inkişaf İlham Əliyevin güclü liderliyinin göstəricisidir" - Ərdoğan

15:25 - 09 Noyabr 2025

\"Qarabağdakı böyük inkişaf İlham Əliyevin güclü liderliyinin göstəricisidir\" - Ərdoğan

"İndi Qarabağda böyük inkişaf var və bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin güclü liderliyinin göstəricisidir".


Manset.az Haber Global-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdan səfərdən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, Qarabağ zəfəri təkcə Azərbaycanın deyil, türk dünyasının qələbəsidir: "Biz "Türkiyə sona qədər Azərbaycanın yanındadır" dedik və sözümüzün üstündə durduq".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: "Ziyarətimiz zamanı bizi hər zamankı kimi səmimi qonaqpərvərliyi ilə qarşılayan Azərbaycan Prezidenti İlham Əliyevə və bizi ürəkdən qarşılayan qardaş Azərbaycan xalqına təşəkkürümü bildirirəm".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az