Türkiyənin tanınmış aktrisası Özgü Namal, uşaqları ilə birlikdə Beykoz Poyrazköy yolunda səhər saatlarında trafik qəzasına düşüb. Qəza nəticəsində, türk aktrisa yüngül xəsarətlər alıb və dərhal xəstəxanaya aparılıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, xəstəxanada edilən ilkin müayinələrdən sonra, aktrisa şəxsən mətbuata açıqlama verərək, "İfademizi verdik, çox şükür, heç bir ciddi vəziyyətimiz yoxdur, hamımız yaxşıyıq" dedi.
Qəza Beykozda səhər saatlarında baş verib. İddialara görə, Özgü Namal və uşaqlarının olduğu avtomobil Poyrazköy yolunda qəza keçirib. Şükürlər olsun ki, uşaqlar heç bir zərbə almayıb, yalnız aktrisa yüngül xəsarətlər alıb. Namal, dərhal ambulansla Kavacıkdakı xüsusi xəstəxanaya aparılıb və burada edilən ilkin müayinələrdən sonra evə buraxılıb.