Popun Kralı Michael Jackson'ın qızı Paris Jackson, keçmişdə yaşadığı narkotik bağımlılığı dövrü və bu səbəbdən başına gələn fiziki zərərləri ilk dəfə açıq şəkildə etiraf edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, gənc ulduz, narkotik istifadəsi nəticəsində burnunda dəlik oluşduğunu açıqlayaraq, gənclərə narkotik istifadə etməmələri barədə xəbərdarlıq etdi.
Paris Jackson, son altı aydır "təmiz" olduğunu və bu dövrün həyatında bir dönüş nöqtəsi olduğunu bildirib. O, yaşadığı bu çətin təcrübələrin özünə böyük dərslər verdiyini və narkotik istifadəsindən uzaq durmağın önəmini vurğulayıb.
Gənc müğənni, həmçinin, bu təcrübələrin ona həyatında yeni bir başlanğıc yaratdığını və yaşadığı çətinliklərin ona güc verdiyini qeyd edib. Jackson, gənclərə "narkotik istifadə etməyin" mesajını verərək, özünü daha yaxşı hiss etməyə başladığını bildirib.