İstanbulun mərkəzində QORXULU HADİSƏ - Yaralılar var

23:50 - 16 Noyabr 2025

İstanbulun mərkəzində QORXULU HADİSƏ - Yaralılar var

İstanbulun Bayrampaşa qəsəbəsində keçmiş məhkum odlu silahla biri polis olmaqla 4 nəfəri yaralayıb.


Manset.az  Haberglobal-a istinadən xəbər verir ki, S.A. adlı şəxs tüfənglə ətrafa atəş açmağa başlayıb. Hadisə vaxtı yoldan keçən 3 nəfər yaralanıb. Sonradan əraziyə təcili tibbi yardım və polis əməkdaşları gəlib. Cinayətkar zərərsizləşdirilən zaman bir polis əməkdaşı xəsarət alıb. Hadisəni törədən şəxs həbs edilib. 

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az