Avstraliyada zərərli quma görə 69 məktəb bağlandı

08:00 - 17 Noyabr 2025

Avstraliyada zərərli quma görə 69 məktəb bağlandı

Avstraliyanın paytaxtı Kanberrada asbest çirklənməsi ilə bağlı narahatlıqlar səbəbindən 69 məktəb bağlanıb.


Manset.az ABC-yə istinadən xəbər verir ki, təhlükəli maddə məktəblərdə geniş istifadə edilən "sehrli qum"da tapılıb.

Bu cür qum məktəblərdə qumdan qala düzəltmək və digər fəaliyyətlərdə istifadə olunur.

Söhbət "sehrli qum" istehsal edən "Kmart" və "Target" məhsullarında zərərli asbest izlərinin aşkarlanmasından gedir.

Məlumata görə, bağlanan təhsil müəssisələrinin yoxlanılması bir neçə gün çəkə bilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az