Türkiyədə tələbə özünü binadan atdı - Qorxunc hadisə

10:23 - 17 Noyabr 2025

Türkiyədə tələbə özünü binadan atdı - Qorxunc hadisə

Samsunda polis akademiyasının tələbəsi olan 20 yaşlı B.T. beşinci mərtəbədən özünü atıb. Xəstəxanada edilən bütün səylərə baxmayaraq, ağır yaralanan tələbəni xilas etmək mümkün olmayıb.

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Samsunun Atakum rayonunda baş verib . Ötən gecə Türkiyə saatı 23:30 radələrində 19 May Polis Peşə Məktəbində B.T. 5-ci mərtəbədəki yataqxananın dəhlizinin pəncərəsindən atılıb.

Beton döşəməyə yıxılaraq ağır yaralanan tələbə təcili yardımla "Samsun Ondokuz Mayıs Universiteti"nə (OMÜ) aparılıb və müalicəyə başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az