Aktyor Mina Derman, "Bebek"də jurnalistlərdən qaçarkən idarə etdiyi avtomobilə nəzarət edə bilməyib və onu yol kənarında çiçək satan kiçik bir uşağa çırpıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur aktyorun hadisə yerindən sürətlə uzaqlaşması sosial mediada böyük reaksiyaya səbəb oldu.
Məşhur aktyor Mina Derman Bebəkdə baş verən bədbəxt hadisə ilə gündəmə gəldi. İddialara görə, Derman jurnalistlərin şəkil çəkməyə çalışdığı vaxt panikaya düşərək səhv küçəyə girib və bu zaman yol kənarında çiçək satan kiçik bir uşağa çırpılıb. Qəza baş verən kimi avtomobilinə sürətlə minib hadisə yerindən uzaqlaşan Dermanın bu davranışı həm ətrafdakılardan, həm də sosial mediada sərt tənqidlərə səbəb olub.