ABŞ Prezidenti Donald Trump, Venesuela lideri Nikolas Maduro ilə görüşə biləcəyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trump, Floridada keçirdiyi həftə sonu tətilinin ardından Vaşinqtona dönmək üçün hava limanında mətbuatın suallarını cavablandırdı. Venesuela ilə bağlı hər hansı yeni bir inkişaf olub-olmaması barədə verilən sualı "Xeyr, yoxdur" deyə cavablayan Trump, "Maduro ilə bəzən görüşlər keçirə bilərik, və bunun necə nəticələnəcəyini görəcəyik, onlar danışmaq istəyirlər" dedi.
Trump, Konqreslə Venesuela məsələsi barədə danışıb-danışmadığı barədəki suala isə "Konqresi işin içində tutmaq istəyirik" cavabını verdi.
ABŞ Dövlət Katibi Marko Rubionu Konqresi məlumatlandırmaq üçün vəzifələndirdiyini qeyd edən Trump, "Konqresdən təsdiq almağımıza ehtiyac yoxdur, amma onları məlumatlandırmaq yaxşı bir şeydir. Yeganə istədiyim şey, ordu və Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) kimi qurumları riskə ata biləcək çox mühüm və gizli məlumatların sızdırılmamasıdır" dedi.
Trump, Nyu-Yorkun seçilən ilk müsəlman bələdiyyə başqanı Zohran Mamdani barədə sual verilməməsinə baxmayaraq, "Nyu-Yorkun bələdiyyə başqanı Vaşinqtona gəlib bizimlə görüşmək istəyir, və biz bunun üçün bir həll yolu tapacağımıza əminəm. Nyu-York üçün hər şeyin yaxşı olmasını istəyirik" ifadəsini işlədib.