Vyetnamın orta bölgəsində təsirli olan şiddətli yağıntılar nəticəsində baş verən yer sürüşməsi nəticəsində altında qalan avtobusda 6 nəfər həyatını itirib, 19 nəfər yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Vyetnamın Khanh Hoa vilayətində 32 sərnişini daşıyan bir avtobus yer sürüşməsinin altında qalıb.
İlk müəyyənləşmələrə əsasən, hadisə nəticəsində 6 nəfər həlak olub, 19 nəfər isə yaralanıb.
Həyatını itirənlərdən ikisinin hələ də yerin altında qaldığı bildirilir, rəsmi şəxslər axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd ediblər.