Gürcüstanda növbədənkənar seçkilər olmayacaq

23:29 - 17 Noyabr 2025

Gürcüstanda növbədənkənar seçkilər olmayacaq

Gürcüstanda növbədənkənar parlament seçkiləri keçirilməyəcək.


Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Acarıstan televiziyasına müsahibəsində deyib.

    Onun sözlərinə görə, müxalifətin növbədənkənar seçkilərlə bağlı söylədikləri boş söhbətlərdir.

    Kobaxidze qeyd edib ki, növbəti parlament seçkiləri ölkə konstitusiyasına uyğun olaraq 2028-ci ilin oktyabrın 28-də keçiriləcək.

    “Növbədənkənar seçkilər sabah baş tutsa, “Gürcü Arzusu” asanlıqla konstitusiya çoxluğunu əldə edəcək. Yerli seçkilərdə bizə olan dəstəyin daha da artdığı göründü. Müxalifət seçkilərlə bağlı spekulyasiya edir. Buna daha yüksək qiymət vermək olmaz”, - Baş nazir əlavə edib.

    Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri dörd ildən bir keçirilir. Son seçkilər 2024-cü ilin oktyabrın 26-da baş tutub. Tbilisidə bir ilə yaxındır davam edən etiraz aksiyalarının əsas tələblərindən biri növbədənkənar parlament seçkilərinin təyin olunmasıdır.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az