66 il sonra öyrəndiyi gerçək onu ŞOK ETDİ

16:23 - 18 Noyabr 2025

66 il sonra öyrəndiyi gerçək onu ŞOK ETDİ

Gaziantepdə mədə ağrısı şikayəti ilə müraciət etdiyi xəstəxanada, orqanlarının tərs tərəfdə olduğunu öyrənən 66 yaşlı Evin Aslan şoka düşüb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, illərdir ürəyinin sağda atdığını desə də, bir türlü ailəsini inandıra bilməyən və daim mədə ağrısından əziyyət çəkən 66 yaşlı Evin Aslan, şikayətləri ilə getdiyi xəstəxanalardan heç bir nəticə əldə edə bilməyib.

Nəhayət, Gaziantep Şəhər Xəstəxanasına müraciət edən Aslanın xəstəxanada aparılan müayinələr nəticəsində bütün daxili orqanlarının tərs tərəfdə olduğu müəyyən edilib. Ürək, mədə, dalaq, döş və qarın hissəsinin sağda, qaraciyər və safra kisəsinin isə solda olduğu məlum olub. Bu vəziyyət qarşısında həyətinin şokunu yaşayan Aslan, mədə ağrısı şikayəti ilə müraciət etdiyi xəstəxanada Gastroenterologiya üzrə mütəxəssis Dr. Əhməd Akbay tərəfindən müayinə edilib və Aslanın ürəyinin sağda, digər bütün daxili orqanlarının isə tərs tərəfdə olduğu müəyyən edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az