Oteldə dəhşətli yanğın - 4 nəfər xəstəxanaya yerləşdirildi

10:41 - 19 Noyabr 2025

Oteldə dəhşətli yanğın - 4 nəfər xəstəxanaya yerləşdirildi

İstanbulun Sultangazi rayonunda bir oteldə baş verən yanğında tüstüdən zəhərlənən 4 nəfər xəstəxanaya yerləşdirilib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Karayolları məhəlləsində, Abdi İpekçi küçəsində yerləşən 27 mərtəbəli otelin giriş mərtəbəsindəki otaqlardan birində hələlik müəyyən edilməyən səbəbdən yanğın başlayıb.

Hadisə barədə məlumat veriləndən sonra hadisə yerinə yanğınsöndürənlər, polis və təcili tibbi yardım qrupları cəlb edilib.

Oteldə qalan yerli və xarici turistlər isə təhlükəsizlik məqsədilə təxliyə edilib.

Yanğının yanğınsöndürənlər tərəfindən söndürülməsindən sonra tüstüdən zəhərlənən 4 nəfər xəstəxanaya aparılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az