ABŞ Prezidenti Donald Tramp Jeffrey Epstein skandalı ilə bağlı sual verdiyi üçün ABC kanalının müxbirini kəskin tənqid edib və telekanalın lisenziyasının ləğv olunmalı olduğunu bildirib.
Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə Ağ Evdə keçirilən mətbuat konfransı zamanı baş verib. ABC müxbirinin Epstein fayllarının açıqlanması ilə bağlı sualını Tramp “bərbad sual” adlandırıb və kanalı “saxta xəbər yaymaqda” ittiham edib. O, ABC-nin “ciddi şəkildə cəzalandırılmalı olduğunu” deyib.
Tramp həmçinin Epsteinlə əlaqələrinin olmadığını vurğulayaraq, onunla münasibətlərinin illər əvvəl kəsildiyini bildirib.
Həmin videonu təqdim edirik: