Son illərdə İtaliyada ən çox izlənən seriallardan biri olan "Doc"un Türkiyə uyğunlaşmasında baş rol üçün Alina Boz ilə anlaşılmışdı. Alina Boz müqaviləni imzalayıb, oxuma məşqlərinə qatılıb və sosial mediada bu xəbəri paylaşmışdı. Lakin proseslər gözlədiyi kimi olayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Doc" serialında "Mevsim" xarakterini canlandırmaq üçün keçən yay razılaşan Alina Boz, birdən-birə serialdan çıxarılıb.
Birsen Altuntaşın verdiyi xəbərə görə, Boz, həyat yoldaşı ilə tətil dönüşündə uçarkən, serialdan çıxarıldığını xəbər alıb. Alina Bozun bu məsələni hüquqi yolla həll etməyi düşündüyü söylənilir.