Dünyaca məşhur Luvr Muzeyində baş vermiş oğurluq hadisəsi ilə bağlı aparılan istintaq daha da genişlənir.
Manset.az-ın xarici mətbuata istindən məlumatına görə, Saxlanılan şübhəlilər ifadələrində bildiriblər ki, oğurluğu həyata keçirmək tapşırığını “slavyan aksentli iki nəfər”dən 15 min avro müqabilində alıblar. Bu açıqlamalar Fransanın kəşfiyyat orqanlarının uzun müddətdir diqqətdə saxladığı mümkün Rusiya bağlantısı ehtimalını gücləndirib.
Peşəkar şəkildə planlaşdırılan oğurluğun aşağı profilli şəxslər tərəfindən icra olunması Parisdə “xarici müdaxilə” müzakirələrini qızışdırıb. Fransada dünyaca tanınan Luvr Muzeyində 19 oktyabrda törədilən oğurluqdan təxminən bir ay sonra polis dörd nəfərlik dəstənin son üzvünü də ələ keçirib.