Türkiyəli məşhur aktrisa Nurgül Yeşilçay aldığı radikal qərarla İstanbuldan İzmirə köçüb. Kənd həyatı ilə bağlı zaman zaman sosial media hesabında paylaşım edən tanınmış aktyor, yeni həyatı barədə danışıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, ekranların sevilən və uğurlu aktyorlarından biri olan Nurgül Yeşilçay şəhər həyatına ara verərək daha sakit bir yaşamı seçənlərdən biri olub.
Uzun illər İstanbulda yaşayan aktrisa, radikal bir qərarla İzmirə köçərək təbiətlə iç-içə bir həyat qurub.