ABŞ-da pilot fəlakətdən son anda döndü

15:03 - 17 Dekabr 2025

ABŞ-da pilot fəlakətdən son anda döndü

ABŞ Hava Qüvvələrinə aid yanacaq doldurma təyyarəsi havada xüsusi təyyarə ilə toqquşmaqdan son anda xilas olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, səs yazılarında pilotun təyyarənin "həqiqətən çox yaxın" olduğunu bildirdiyi qeyd edilib. Məlumata görə, 12 dekabrda ABŞ şirkətinə məxsus təyyarənin ABŞ Hava Qüvvələrinə aid yanacaq doldurma təyyarəsi ilə Venezuela yaxınlarında toqquşmaqdan son anda xilas olmasından bir gün sonra oxşar hadisə yenidən baş verib.

Hava nəzarətçiləri ilə aparılan danışıqdan alınan səs yazılarına görə, 13 dekabrda Arubadan Miamiyə gedən xüsusi təyyarənin pilotu ABŞ Hava Qüvvələrinə aid yanacaq doldurma təyyarəsi ilə "demək olar ki, toqquşacaqlarını" - bildirib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az