Məşhur alim evində güllələndi - FOTO

17:34 - 17 Dekabr 2025

Məşhur alim evində güllələndi - FOTO

ABŞ-ın nüfuzlu universitetlərindən biri olan MIT-də çalışan dünya şöhrətli füzyon alimi Nuno Loureiro evində silahlı hücum nəticəsində həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi şəxslər hadisə ilə bağlı istintaqın davam etdiyini açıqlayıblar.

Ağır yaralı vəziyyətdə xəstəxanaya aparılan alim, cümə günü həyatını itirdi. Norfolk Bölgə Prokurorluğu, istintaqın davam etdiyini və hazırda saxlanılan şübhəli şəxsin olmadığını açıqlayıb.

Brookline Polis İdarəsinin müavini, Loureiro-nun "bir neçə güllə yarası" aldığını təsdiqləyib, lakin hücumun təfərrüatları ilə bağlı məlumat verməyib. 2016-cı ildə MIT-yə qatılan Loureiro, ötən il universitetin ən böyük araşdırma mərkəzlərindən biri olan Plazma Elmi və Füzyon Mərkəzinin (PSFC) direktoru təyin edilmişdi. Yeddi ayrı binada fəaliyyət göstərən mərkəzdə 250-dən çox tədqiqatçı və tələbə işləyirdi. Loureiro, vəzifəsi müddətində təmiz enerji sahəsində inqilabi füzyon tədqiqatları ilə məşhur olmuşdu.

MIT tərəfindən verilən açıqlamada, Loureiro-nun Portuqaliyanın Viseu şəhərində doğulduğu, təhsilinə Lizbon şəhərində başladığı və doktorluq dissertasiyasını Londonda müdafiə etdiyi qeyd edilib. ABŞ-a gəlməzdən əvvəl Lizbonun bir nüvə füzyon araşdırma institutunda çalışan Loureiro-nun elm dünyasında yüksək hörmətə sahib olduğu vurğulanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az