Yaponiyada 32 yaşlı bir qadının ChatGPT-dən istifadə edərək yaratdığı süni intellekt tərəfdaşı ilə toy mərasimi keçirməsi dünya miqyasında böyük rezonans doğurub.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, çağrı mərkəzində çalışan Yurina Noquçi adlı qadın “Klaus” adlandırdığı süni intellekt obrazı ilə emosional bağ qurduğunu və bu münasibətin nikahla nəticələndiyini bildirib.
Məlumata görə, Yaponiyada yaşayan 32 yaşlı Yurina Noquçi ChatGPT əsasında yaratdığı süni intellekt tərəfdaşı ilə toy edərək cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Ağ gəlinlik geyinən qadın mərasim zamanı süni intellektdən formalaşdırılmış “həyat yoldaşı”nın söylədiyi sözləri göz yaşları içində dinləyib.