Braziliyalı sosial media fenomeni Maria Katiane Gomes da Silva San Pauloda 10-cu mərtəbədəki mənzilindən yıxılaraq ölüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Onu balkondan itələməkdə ittiham olunan əri nəzarətə alınıb və əvvəlcə onun intihar etdiyini iddia edib. Lakin polis tərəfindən araşdırılan təhlükəsizlik kamerası görüntüləri bu iddianı təkzib edib və gənc qadının ölümündən qısa müddət əvvəl fiziki zorakılığa məruz qaldığı müəyyən edilib.
Braziliyada həyat tərzi ilə bağlı paylaşımları ilə tanınan sosial media influenceri Maria Katiane Gomes da Silvanın ölümü ölkədə geniş qəzəbə səbəb olub. San Pauloda baş verən hadisədə 25 yaşlı influencerin əri Aleks Leandro Bispo dos Santos tərəfindən mənzilinin 10-cu mərtəbəsinin eyvanından atıldığı iddia edilir.