Bir dövr izlənmə rekordları qıran "Selena" serialının məşhur uşaq aktrisalarından Dilara Kurtulmuş evlilik təklifi alıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2006-cı ildə ekranda yayımlanmağa başlayan "Selena", bir dövrün ən sevilən fantastik serialları arasında yer almışdı.
Baş rollarda Sinem Kobal, Cansu Demirci, Gizem Güven və Dilara Kurtulmuşun yer aldığı serial, 3 il ərzində izlənmə rekordları qırmışdı.
İllər keçməsinə baxmayaraq, serialın kadrları hələ də sosial mediada yayılmağa davam edir. Bu dəfə isə serial, müjdəli bir xəbərlə yenidən diqqət mərkəzinə gəldi. Serialda Nazlı obrazını canlandıran gənc aktrisa Dilara Kurtulmuş, sevgilisindən evlilik təklifi aldığını açıqlayıb. O bunu sosial media hesabında elan edib.
Həmin paylaşımı təqdim edirik: