Məşhur türkiyəli müğənni ilk dəfə xəstəliyini açıqladı

23:46 - 19 Dekabr 2025

Məşhur türkiyəli müğənni ilk dəfə xəstəliyini açıqladı

Məşhur müğənni və yazar Aydilge sosial mediada özünə yönələn tənqidlərə susqun qalmayıb. Xarici görünüşü, makiyajı və dəri rəngi ilə bağlı iradələrə aydınlıq gətirən sənətçi vitiligo xəstəsi olduğunu xatırladaraq, bədəninə yönələn mühakimələrin incitici olduğunu vurğulayıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Aydilge paylaşımında “Heç kimin gözləntilərinə görə var olmaq məcburiyyətində deyiləm. Heç kimə məqbul bir gözəllik borcum yoxdur” sözləri ilə izləyicilərindən dəstək alıb.

2018-ci ildə skripka ifaçısı Utku Barış Andaç ilə evlənən Aydilge-nin illərdir xoşbəxt davam edən bir ailə həyatı var. Zaman-zaman sosial mediada etdiyi açıqlamalarla gündəmə gələn məşhur müğənni, dərisinin rənginə qarşı edilən zorakılığa susqun qalmayıb.

Aydilge sosial media vasitəsilə özünə yönələn mənfi rəy və tənqidlərə cavab verərək, vitiligo xəstəsi olduğunu açıqlayıb və xarici görünüşü, makiyajı və dəri rəngi ilə bağlı edilən tənqidlərə münasibət bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az