İranın "Infy" haker qrupu ("Prince of Persia" kimi də tanınır) beşillik fasilədən sonra yenidən fəaliyyətə başlayıb.
Manset.az "Azad İran"a istinadən xəbər verir ki, qrupun İsveç, Niderland və Türkiyədəki hədəflərə qarşı kiberhücumlar həyata keçirdiyi bildirilir.
"SafeBreach" şirkətinin təhlükəsizlik tədqiqatları üzrə müavini Tomer Barın sözlərinə görə, "Infy" qrupunun fəaliyyət dairəsi əvvəl düşünüldüyündən daha genişdir və qrup hazırda aktiv, eyni zamanda təhlükəli olaraq qalır. Araşdırmalar göstərir ki, "Infy" uzun müddət aşkarlanmadan fəaliyyət göstərməyi bacarıb.
Mütəxəssislər qeyd edirlər ki, "Infy" "Charming Kitten", "MuddyWater" və "OilRig" kimi digər iranmənşəli haker qrupları ilə müqayisədə daha az diqqət çəkir, lakin bu, onun yaratdığı təhlükəni azaltmır.