Türkiyənin Adıyaman şəhərində 6 fevral zəlzələləri sonrası xəstəxanaya aparılan 3,5 yaşlı Furkandan bir daha xəbər alınmayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, atası Uğur Alsan qorxunc bir iddia irəli sürüb. O bildirib ki, oğlunun qaçırılaraq Epşteyn adasına aparıldığını düşünür.
Alsan ailəsi Adıyamandakı Siteler Mahalləsindəki Özbey binasında yaşayırdı. 47 yaşlı ata Uğur Alsan beşinci uşağına hamilə olan həyat yoldaşı ilə böyük oğlunu sözügedən zəlzələ anında itirib, digər üç uşağı isə yaralanıb. Yardımsevər bir şəxs 3,5 yaşındakı Furkanı Adıyamandakı Qadın Doğum və Uşaq Xəstəxanasına aparıb. Saat 13:24-də 7.6 bal gücündə ikinci zəlzələ oldu və xəstəxana təxliyə edilib. Bundan sonra Furkan yoxa çıxıb.
"Furkanın qaçırıldığına inanıram. "Epşteyn Adası"na aparılmasından qorxuram. Fotoşəkillər və videolara baxıram, bəlkə uşaqlar arasında Furkan da var", - deyə ata bildirib.