Texnologiya sahəsində rəqabətin getdikcə artdığı insanabənzər robotlar dünyasında Çin Moya robotunu təqdim edərək texnologiya müzakirələrinin mərkəzinə yerləşib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu robot dünyanın ilk tamamilə biyomimetik bədənləşdirilmiş süni intellekti olaraq tanıdılır və insanlara olduqca yaxın davranışlar sərgiləyə bilir.
Robot "DroidUp" tərəfindən Şanxayda təqdim olunub və sosial mediada yayılan videolar sayəsində qısa zamanda viral olub. Paylaşılan görüntülərdə Moyanın yalnız gəzməklə qalmadığı, həm də göz təması qurduğu, başı ilə təsdiq etdiyi, gülümsədiyi və mikro ifadələr sərgilədiyi görünür; bu da insana çox yaxın bir təsir buraxır.