"Alemin Kralı" serialındakı Oben rolu ilə şöhrət qazanan türkiyəli gənc aktrisa Birsu Demirə ağır itki üz verib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Demirin atası Aydoğan Demir həyatını itirib. Məşhur aktrisa atası ilə "Zorlu sevdam, hoşça qal" mesajı ilə vidalaşıb.
Aktrisa bu xəbəri sosial şəbəkə hesabında paylaşıb.