Türkiyə məşhurlar dünyasının nümunə göstərilən cütlüklərindən olan Mesut Özil və Amine Gülşe keçən günlərdə 3-cü körpə xəbərlərini izləyiciləri ilə paylaşıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, sevindirici xəbərin ardından diqqət mərkəzində olan cütlükdən son olaraq Amine Gülşe qızları Eda və Ela ilə paylaşım edib. Gülşenin Instagram hesabından etdiyi paylaşım, qısa müddətdə izləyiciləri tərəfindən bəyənmə və şərhlə dolub.
Peşələrindəki uğurlarını sülh içindəki ailə mənzərəsi ilə möhkəmləndirən Özil və Gülşe cütlüyü "üçüncü körpə" müjdəsini verdikləri zaman bu xəbər məşhurlar gündəminə bomba kimi düşmüşdü.