İtaliyanın Courmayeur kəndində sərbəst xizəkləmə marşrutuna düşən qar uçqunu baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib, 1 nəfər ağır yaralanıb. Ərazidə axtarış və xilasetmə işləri davam edir.
İtaliyada Sondrio vilayətinə bağlı Madesimo ərazisində də qar uçqunu düşdüyü bildirilib. Ərazidəki xilasetmə komandalarının 3 nəfəri xilas etdiyi və itkin düşən 4-cü şəxsi tapmaq üçün axtarış işlərinin davam etdiyi qeyd edilib.