Almaniyadan olan keçmiş baş həkim Nigerdə kral seçildi

01:00 - 18 Fevral 2026

Almaniyadan olan keçmiş baş həkim Nigerdə kral seçildi

Almaniyanın Rendsburq şəhərindəki klinikada 20 ildən çox baş həkim işləmiş İssifi Cibey Nigerdə kral seçilib.


Manset.az bu barədə BİLD nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, Nigerdə krallıq hakimiyyəti ənənəsi hələ də qorunub saxlanılır, lakin dövlət hakimiyyəti paytaxt Niameydəki mərkəzi hökumətə məxsusdur.

Cibeyin doğma bölgəsi olan Kokoruda 150 000-dək insan yaşayır. Bölgənin başında bütün kənd rəhbərlərindən ibarət məclis tərəfindən seçilən kral durur. Son seçkidə 10-dan çox namizəd iştirak edib. Onlardan biri də Cibey olub.

Keçmiş baş həkim həm də aristokrat nəslindəndir və buna görə də 2023-cü ildə vəfat edən əvvəlki kralın mümkün varisi hesab olunurdu.

Nəticədə Cibey 51 səsdən 25-ni toplayaraq qalib gəlib. İndi Almaniyadan olan keçmiş baş həkim Kokoru əmiri titulunu daşıyır. O, ömürlük seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az