Ermənistandakı Aİ Monitorinq Missiyasına yeni rəhbər təyin edilib

08:00 - 18 Fevral 2026

Ermənistandakı Aİ Monitorinq Missiyasına yeni rəhbər təyin edilib

Avropa İttifaqı Şurası fevralın 17-də Satu Koyvunu Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının yeni rəhbəri təyin edib.


Manset.az xəbər verir ki, bu barədə şuranın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Koyvu öz vəzifəsinin icrasına fevralın 20-də başlayacaq. O bu postda Markus Ritteri əvəz edəcək.

Xatırladaq ki, missiya öz fəaliyyətinə 20 fevral 2023-cü ildə başlayıb. Aİ Şurası 30 yanvar 2025-ci il tarixində Ermənistandakı missiyanın mandatını iki il müddətinə - 19 fevral 2027-ci ilə qədər uzadıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az