Pakistanın Karaçi şəhərində üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində binanın bir hissəsi uçub. Hadisə nəticəsində 4-ü uşaq olmaqla 13 nəfər həlak olub, 14 nəfər isə yaralanıb.
Səbəbi hələlik məlum olmayan partlayış binanın bir hissəsinin dağılmasına səbəb olub.
Hadisə yerinə cəlb olunan axtarış-xilasetmə qrupları binanın dağıntıları altından bir neçə nəfəri xilas edə bilib.
Dağıntılar altında qaldığı ehtimal edilən daha 2 nəfərin tapılması üçün axtarış-xilasetmə tədbirləri davam etdirilir.