Mikroavtobus dərəyə aşdı - Yaralılar var

17:38 - 19 Fevral 2026

Mikroavtobus dərəyə aşdı - Yaralılar var

Türkiyənin Adana vilayətində mikroavtobus dərəyə düşüb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəzada 2-si ağır olmaqla, 9 nəfər yaralanıb.

Qəza gündüz saatlarında rayondakı Üçdutyeşilova kəndində baş verib. Sürücüsünün idarəetməni itirdiyi servis mikroavtobusu yol kənarındakı dərəyə düşüb. Ətrafdakıların xəbərdarlığı ilə qəza yerinə yanğınsöndürən, tibb və polis əməkdaşları göndərilib. Avtobusda yaralanan sürücü və 8 tələbə yanğınsöndürənlər tərəfindən xilas edilərək tibb işçilərinə təhvil verilib.

Təcili yardım maşınları ilə xəstəxanaya aparılan yaralılardan sürücü və 1 tələbənin vəziyyətinin ağır olduğu, 7 tələbənin isə vəziyyətinin yaxşı olduğu bildirilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az