Çilinin paytaxtı Santyaqonun şimalında qazla yüklənmiş tanker yük avtomobili aşıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində baş verən partlayışda 4 nəfər həlak olub.
Müxtəlif dərəcəli xəsarətlər alan 17 nəfər isə xəstəxanaya çatdırılıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.