"10 min koreyalı əsgər Rusiyadadır" - Zelenskidən İDDİA

23:55 - 20 Fevral 2026

\"10 min koreyalı əsgər Rusiyadadır\" - Zelenskidən İDDİA

Ukrayna Prezidenti Volodimir Zelenski hazırda 10 min Şimali Koreya hərbçisinin Rusiya ərazisində olduğunu bildirib. O qeyd edib ki, həmin hərbçilərin döyüş şəraitində müasir hibrid müharibə üsullarını öyrənməsi son dərəcə təhlükəlidir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski Yaponiya xəbər agentliklərindən birinə müsahibəsində iki ölkə arasındakı münasibətlər, Şimali Koreya hərbçilərinin Rusiyadakı mövcudluğu və sülh danışıqları barədə fikirlərini bölüşüb. O, Yaponiya hökuməti ilə enerji və humanitar yardım sahələrində səmərəli əlaqələndirmənin aparıldığını vurğulayıb və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıqda tarixi əhəmiyyət daşıya biləcək yeni mərhələyə başlamaq istədiklərini bildirib.

Zelenski Yaponiyanın hava hücumundan müdafiə sistemləri sahəsində imkanlarını xüsusi qeyd edərək, Ukraynanın da Qara dənizdə Rusiya donanmasına qarşı uğur qazanan dəniz dronları, kibertəhlükəsizlik və müasir müharibə təcrübəsi kimi istiqamətlərdə öz texnologiyalarını bölüşməyə hazır olduğunu deyib. O, həmçinin Yaponiya Baş naziri Sanae Takaichi-ni üzbəüz görüş üçün Ukraynaya dəvət edib.

Müsahibədə Şimali Koreya hərbçilərinin Rusiyadakı mövcudluğuna toxunan Zelenski bildirib: “Hazırda 10 min Şimali Koreya hərbçisi Rusiya ərazisindədir. Onların müasir hibrid müharibə barədə məlumat əldə etməsi son dərəcə təhlükəlidir. Raketlərdən tutmuş birinci şəxs baxış bucağına malik FPV və uzaqmənzilli pilotsuz uçuş aparatlarınadək, o cümlədən fiber-optik dronlara qarşı necə müdafiə olunmağı bilirlər. Biz Rusiyanın hücumlarına cavab verdiyimiz üçün onlar hazırda Rusiya ərazisində bunları öyrənirlər. Belə bir imkanları var. Bu biliklə nə edəcəklər? Ən azı, bu məlumat və təcrübəni öz ölkələrinə – Şimali Koreyaya aparacaqlar”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az