Zelenski NATO Baş katibi ilə üçtərəfli danışıqları müzakirə etdi

19:31 - 21 Fevral 2026

Zelenski NATO Baş katibi ilə üçtərəfli danışıqları müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski NATO Baş katibi Mark Rutte ilə telefon danışığında üçtərəfli sülh danışıqlarını müzakirə edib.


Manset.az xəbər verir ki, bu barədə Zelenski özünün “Telegram” kanalında yazıb.

    “Bütün əsas diplomatik məsələlərdə mövqelərimizi razılaşdırdıq. Sevinirəm ki, bir çox mövzuda baxışlarımız bir-birinə uyğun gəlir. Amerikayla və Rusiyayla növbəti üçtərəfli formatın hazırlanması barədə danışdım və tərəflərin mövqelərində ola biləcək dəyişikliklər haqqında bildiklərimizi paylaşdım”, - o bildirib.

    Bundan əlavə, Zelenski Rutte ilə energetika məsələlərini və PURL proqramı üzrə işləməyin vacibliyini müzakirə etdiklərini qeyd edib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az