İran ordusu ABŞ-yə meydan oxudu

17:51 - 23 Fevral 2026

İran ordusu ABŞ-yə meydan oxudu

İran Ordusu Baş Qərargahının komandanı general-leytenant Emir Hatemi düşmənlərinin "İranın zəif bir mövqedə olduğu" yönündəki təsəvvürünün yanlış olduğunu bildirərək, İranın milyonlarla əsgərinin ölkə uğrunda fədakarlığa hazır olduğunu qeyd edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hatemi İran Ordusu Komanda və Baş Qərargah Universiteti tələbələrinin məzuniyyət mərasimində çıxış edib.

Hatemi, "Düşmənin İranın zəif bir mövqedə olduğu təsəvvürü yanlışdır. Milyonlarla əsgər ölkə uğrunda fədakarlığa hazırdır. Böyük İran yeyilə bilən bir ölkə deyil" - deyə sözlərinə əlavə edib.

İran lideri Ali Xameneinin, düşmənin istəklərinə qarşı durma yolunun "dirəniş" olduğunu bildirdiyi sözlərini xatırladan Hatemi, "Düşmən müharibə gəmiləri və müxtəlif silahlar göndərərək təhdidlər edir. Lakin qarşısında gözlənilməz dərəcədə qətiyyətli bir mövqe ilə qarşılaşdı" - fikirlərini də səsləndirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az