Rusiyanın paytaxtı Moskvanın Savelovskiy Dəmir Yolu Stansiyası yaxınlığında partlayış baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, partlayış nəticəsində 1 polis əməkdaşı həlak olub, 2 polis isə yaralanıb.
Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yerli vaxtla saat 00:05-də kimliyi müəyyən edilməyən bir şəxs Savelovskiy Stansiyası Meydanında xidmətdə olan yol polisi avtomobilinə yaxınlaşıb. Ardınca naməlum bir qurğu partlayıb.
Rusiya İstintaq Komitəsindən verilən açıqlamada, polis əməkdaşının həlak olması ilə nəticələnən partlayışla bağlı araşdırma başladıldığı bildirilib.