Elon Mask əsəbiləşdi - "İyrəncsiniz!"

17:27 - 24 Fevral 2026

Elon Mask əsəbiləşdi - \"İyrəncsiniz!\"

The New York Times qəzetində pedofiliyanı "cinayət deyil, psixoloji pozğunluq" olaraq təsvir edən keçmiş bir köşə yazısının yenidən gündəmə gəlməsi və bu məqalənin çox sayda sosial media istifadəçisi tərəfindən paylaşılması ABŞ-nin milyarderi Elon Maskı narahat edib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Mask qəzet üçün "iyrəncsiniz" ifadəsini işlədib. Maskın paylaşımı sosial mediada geniş müzakirələrə səbəb olub və mübahisəni daha da böyüdüb.

Qeyd edək ki, məqalədə pedofiliya ilə uşaqlara qarşı zorakılıq arasındakı hüquqi və klinik fərqlər üzərində dayanılmış və pedofiliya meylinin hər zaman cinayət davranışına çevrilmədiyi barədə mübahisəli bir çərçivə çizilmişdi. Bu mətn onlayn sosial media mühitində yenidən paylaşıldıqdan sonra konservativ dairələrdən və cəmiyyətin bəzi hissələrindən sərt reaksiyalar alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az