10 milyon dollar mükafatla axtarılan "CJNG" lideri və ölkənin ən çox axtarılan narkotik baronu El Menchonun öldürülməzdən əvvəl çəkilən son fotosu ortaya çıxıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, sosial media fenomenlərindən olan María Julissanın gecəni birlikdə keçirdiyi sevgilisi El Menchonun yerini Meksikalı rəsmi orqanlara bildirdiyi iddia olunur.
El Menchonun Oseguera Cervantesin öldürülməzdən əvvəl sevgilisi Maria ilə çəkildiyi irəli sürülən son fotoşəkli geniş diqqət çəkib.
Kartel liderinin ölkənin ən çox axtarılan narkotik baronlarından biri olduğu, həm Meksika, həm də ABŞ tərəfindən tutulmasına 15 milyon dollar mükafat qoyulduğu məlumdur.