Epşteyn qalmaqalında yenilik - Gizli depolar ortaya çıxdı

17:56 - 24 Fevral 2026

Epşteyn qalmaqalında yenilik - Gizli depolar ortaya çıxdı

ABŞ-də yetkinlik yaşına çatmayan qız uşaqlarına qarşı fahişəlik şəbəkəsi qurmaqla ittiham edilən və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin kompüterlər və fotolar daxil olmaqla bəzi materialları ABŞ-ın müxtəlif gizli anbarlarında saxladığı ortaya çıxıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, həmin sənədlərdə Epşteynin Florida ştatındakı evindən avadanlıqların çıxarılması üçün xüsusi detektivlərə pul ödədiyi bildirilir. Epşteynin bunu araşdırmaçıların bu materialları tapmasını əngəlləmək məqsədilə etmiş ola biləcəyi ehtimal edilir.

Məlumatlara görə, Epşteyn ABŞ-də, ümumilikdə, 6 anbar icarəyə götürərək Karib dənizindəki xüsusi adası "Little Saint James"dəki kompüterlər daxil bir sıra əşyalarını bu anbarlarda saxlayıb. İddialara görə, Epşteyn ən azı bir anbarı 2003-cü ildən kiralayır və anbarların ödənişləri ölüm ili olan 2019-a qədər davam edib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az