Beynəlxalq Hava limanı bağlandı

11:12 - 25 Fevral 2026

Beynəlxalq Hava limanı bağlandı

İraq Nəqliyyat Nazirliyi Beynəlxalq Bağdad Hava Limanının texniki nasazlıq səbəbindən müvəqqəti olaraq bağlandığını bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İraq Nəqliyyat Nazirliyinin sözçüsü Meysəm əs-Safi ölkə mətbuatına verdiyi açıqlamada, "Beynəlxalq Bağdad Hava Limanının müvəqqəti bağlanması təcili bir texniki nasazlıq səbəbi ilə alınan qabaqlayıcı tədbir nəticəsində həyata keçirildi" - deyib

Mütəxəssis texniki heyətlərin nasazlığın müəyyənləşdirilməsi və təmir işlərinə başladığını bildirən Safi işlərin tamamlanması və son texniki yoxlamaların keçirilməsinin ardından hava limanının bir neçə saat ərzində uçuşlara yenidən açılacağını açıqlayıb. Safi hava limanının yenidən açılmasını maneə törədən yerli və ya beynəlxalq heç bir təhlükəsizlik problemi olmadığı barədə irəli sürülən iddiaları təkzib edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az