Pakistanda bombalı hücum - Ölən və yaralananlar var

12:38 - 25 Fevral 2026

Pakistanda bombalı hücum - Ölən və yaralananlar var

Pakistanın Pəncab əyalətində təhlükəsizlik qüvvələrinə məxsus nəzarət nöqtəsinə intihar hücumu həyata keçirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, intihar hücumunda 4 polis şəhid olub, 3 nəfər yaralanıb.

Rəsmi şəxslər nəzarət nöqtəsinə yaxınlaşan hücumçunun üzərindəki partlayıcıları partlatması nəticəsində hadisənin baş verdiyini açıqlayıblar.

Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılaraq müalicə altına alınıb, təhlükəsizlik qüvvələrinin hücumdan sonra ərazini mühafizə altına alaraq genişmiqyaslı axtarış əməliyyatı başlatdığı bildirilib.

Hücumun məsuliyyətini hələlik heç bir şəxs və ya qrup öz üzərinə götürməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az