Tikintidə güclü yanğın - Yaralılar var

16:19 - 25 Fevral 2026

Tikintidə güclü yanğın - Yaralılar var

İstanbulun Tuzla rayonunda yerləşən tikinti sahəsində işçi konteynerlərində yanğın olub.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə saat 10:20 radələrində Aydınlı qəsəbəsində bir tikinti sahəsində baş verib. Əldə edilən məlumatlara görə, şantiyədə işçilərin yerləşdiyi konteynerlərdə hələlik müəyyən edilməyən bir səbəbdən yanğın yaranıb. Qısa müddət ərzində böyüyən alovlar küləyin təsiri ilə yaxınlıqdakı təxminən 60 konteynerə keçib. Hadisə barədə məlumat alınan kimi, əraziyə yaxın rayonlardan çox sayda yanğınsöndürən, polis və təcili yardım qrupu göndərilib.

yanğın yanğınsöndürən qüvvələrin müdaxiləsi ilə söndürülüb və sıxışıb qalan 7 işçi yaralı xilas edilib.

Əraziyə aid dağıntıların təmizlənməsi işləri davam edir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az