ÜST çalışmaları sürətləndirdi - Xərçəng peyvəndi hazırlanır

16:50 - 25 Fevral 2026

ÜST çalışmaları sürətləndirdi - Xərçəng peyvəndi hazırlanır

ABŞ 23 yanvar tarixində Dünya Səhiyyə Təşkilatından (DST) ayrılaraq 78 illik üzvlüyünü rəsmi olaraq sona çatdırıb. ABŞ-nin DST-dən ayrılmasının ardından dünya üzrə xərçəng araşdırmalarının sürətlənməsi diqqət çəkib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaların sürətlənməsi, qlobal səhiyyə siyasətlərində yeni bir dövrün başladığının işarəsi kimi qəbul edilir. Pankreas xərçəngi, kolon xərçəngi, HPV ilə əlaqəli xərçənglər, leykemiya kimi xəstəliklərin müalicələrinin inkişafı ümidləri artırarkən, xərçəng vaksini sahəsində də böyük addımlar atılır. 

Ayrılmanın üzərindən yalnız bir ay keçməsinə baxmayaraq, tibb sahəsində əhəmiyyətli inkişaflar baş verib. Müxtəlif ölkələrdən, bir neçə xərçəng növünə qarşı yeni müalicə üsulları və vaksin tədqiqatlarının aparıldığı açıqlanıb.

Aparılan tədqiqatlarda pankreas xərçəngi, kolon xərçəngi, HPV ilə əlaqəli xərçənglər, leykemiya kimi xəstəliklərin müalicələri yer alır. Digər tərəfdən, Rusiyanın xərçəng vaksini hazırlama işlərinin sürətlənməsinə dair məlumatlar da yayımlanır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az