Taylandın Surin əyalətində sərhəd qoşunlarına aid bir sursat anbarında partlayış baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Taylandın şimal-şərqində Kamboca sərhədinə təxminən 50 kilometr məsafədə yerləşən Surin əyalətində yerli vaxtla saat 19:30-da sursat anbarında partlayış baş verib.
Rəsmi şəxslər partlayış nəticəsində bir nəfərin yaralandığını bildirib. Partlayıcı maddələrin qalıqlarının təhlükə yarada biləcəyi səbəbindən ərazinin nəzarət altında təmizləndiyini açıqlayıblar.